"Rasim Balayevin yaradıcılıq tarixinə ləkə vurmaq istəyənlər yaramaz, riyakar, paxıl adamlardır" - ELDAR SABİROĞLU

2023-09-14 16:59:55

Biz millət və xalq olaraq öz qəhrəmanlarımızla fəxr edə bilirikmi?!

Sualı çox sərt qoyduğumun fərqindəyəm və deyərdim ki, yox, yox yox!!! Hərəyə bir şunqurux qoşmağın ustasıyıq.

Bu yaxınlarda onlardan biri - şəxsinə böyük hörmətlə yanaşdığım Rasim Balayev haqda elə sözlər eşitdim ki, bunları deyənin əvəzinə, adam özü ölüb yerə girirdi. Qısaca da olsa, bu biabırçılıq barədə danışmaq istərdim.

Azərbaycanın kino və teatr sənətinə silinməz izlər atmış Rasim Balayevin yaradıcılıq tarixinə ləkə atmaq istəyən insanları sadəcə başa düşmək olmur. Əslində, hər yerdə olduğu kimi, sənət camiəsində də bu cür yaramaz, riyakar və paxıl adamların necə deyərlər, Cıdır düzündə at oynatmalarına öyrəşmişik.

Mənim təsəvvürümdə dəyərini çoxdan itirmiş belə adamlara yer yoxdur. Başa düşən də, düşməyən də, başını girməsi mümkün olmayan deşiyə soxarkən hansı vəziyyətdə olduqlarını özləri dərk etsələr, bir daha bu cür qələti qırmazlar.

Rasim Balayev 35 il sonra Şuşada: eyni məkan, eyni tərkib… (FOTO)

Rasim Balayevin obrazları təkcə sənət əsəri kimi yox, Azərbaycan tarixində öz yeri, yüksək dəyəri ilə seçilən əsərlər sırasında ucada dayanan əvəzsiz filmlərdəndir. Ona görə də Rasim Balayevin Prezident  İlham Əliyev tərəfindən "İSTİQLAL" ordeni ilə təltif edilməsini vətəndaş  olaraq yüksək qiymətləndirirəm. "BABƏK", "NƏSİMİ" filmiləri bir də yaranmayacaq. Bu tarixi obrazlara işıq verən, onları dünyaya gətirən, böyüdən Rasim Balayevi qəlbən təbrik edirəm.

Eldar SABİROĞLU,

Sabiq millət vəkili


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139324