Saat:20:25
Haqqımızda

Rasim Balayevdən Taleh Yüzbəyova sərt reaksiya - "Qələt danışıb"

2024-04-27 23:27:37

Rasim Balayevdən Taleh Yüzbəyova sərt reaksiya -

"Bizim filmlərimizdə professional dramaturq materialı yoxdur. Yəni, filmin bel sütunu onun ssenarisi, rejissor və operator işidir. Təəssüf ki, bəzən səriştəsi olmayan adamlar çəkirlər. Bu da öz mənfi cəhətini göstərir. Bu gün tamaşaçı 40 il bundan əvvəlki tamaşaçı deyil. Bu gün həqiqətən rejissorun, yazanın işi daha ağırdır. Bugünkü tamaşaçı hər şeydən xəbərdardır. Ona görə də o qədər böyük ustalıq lazımdır ki, sən onları cəlb edə biləsən. Bax, bu çatmır. Film vizual sənət olduğundan mətni çox sevmir. Mətn çox qısa olmalıdır. Təəssüf ki, televizya filmləri tələsik çəkilir. Yəni, çəkilib verilmə naminə tələsirlər. Qınamıram, qoy, çəksinlər. Amma tamaşaçılar narazıdır. Onlar indiki işlərə vurulmurlar. Eşidirəm bizim köhnə filmlər, hansı ki, o vaxt uğur qazanmamışdı, bu gün çox baxılır. Çünki filmin məqsədi olur və izləyiciyə fikir verir. Bu gün bu yoxdur. Lazımsız dialoqlar var. Bir sözlə ustalıq çatmır ki, izləyicini razı salsın". 

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "künc-bucaq" verilişində qonaq olarkən deyib. O, bir müddət əvvəl  “Alatava” serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə səsləndirdiyi tənqidi fikirlərə etiraz edən ekran işinin ssenaristi və aktyoru Taleh Yüzbəyova cavab verib.

"Mən fikrimdə qalıram. O filmi görməmişəm. Amma eşitmişəm ki, orada söyüşlər var və ekrandan deyilirsə, söyləmişəm ki, bu, tərbiyəsizlikdir. Mən filmin rejissor işi və ya ssenarisi ilə bağlı fikir deməmişəm. Çünki baxmamışam. Amma eşitmişəm ki, orada çoxlu söyüş var. Ekrandan söyüş söymək olmaz. Olar, əgər elə bir tragik vəziyyət yaranıbsa. Amma bu çox nadir halda olar. Yoxsa ki, məişətdə, küçədə bir-biri ilə şit zarafatlar, elə olmaz. Bunu ekrana çıxarmaq olmaz. Ekran özü də bir tərbiyə vasitəsidir. Bu söyüşlə nə demək istəyirsən ki? 

Əvvəlki filmlərimizdə obraz dözə bilmir və fikir səslədirirdi. Söyüş təbiyəsizlik deyilsə, nədir bunun adı? Əgər fikir demək istəyirsənsə, buna ustalığın varsa, ağıllı bir şeydən istifadə et. Şöyüşdən niyə istifadə edirsən? Söyüş söyən adam acizdir. Müdrik adam söyüş söyməz. Aktyorları daha təbii etməyin başqa yolları var. Bunların öz məktəbi var. Söyüş kara gələn şey deyil. Məsləhət görmürəm. Onu nadan, ömründə mədəniyyət görməyib, ədəbiyyat oxumayanlar səsləndirir. Aktyorun bir baxışı ilə elə söyüş söymək olar ki, daha təsirli olar. Bunun üçün aktyorla işləmək lazımdır. Söyüşlə tamaşaçı cəlb edə bilməzsən. Türk filmləri indi uğurlu çəkilir. Aktyor Kamal Sunal bəzən "eşşək oğlu eşşək" deyərdi ekran işlərində. Bizim filmlərdə heç o da yox idi. O, yerində edirdi və həmin vaxt gülüş yaradırdı. Amma bu çıxış yolu deyil" deyə, sənətçi vurğulayıb.

R.Balayev sənətçilərə verilən evlərdən danışıb: 

"Bəs Taleh bizim tərbiyəsizliyimizi harada görüb. Eşitdiyimə görə deyib ki, ev alanlar və s. Bu, tərbiyəsizlikdir. Qələt danışıb. Çünki zaman elə gətirib ki, bəzi inları dövlət qiyməyləndirib. Keçmişdə də olub. Nizamiyə və digər böyük şairlərə ənam veriblər. Şahlar onları qiymətləndiriblər. İndi Sovetdən gəlmədir, ad verirlər. Aktyorlara, sənət adamlarına, rejissorlara mənzil verirlər. Bu hökumətin sənətçiyə diqqətidir. Burada tərbiyəsiz nə var ki? 

Birinci evi alıb, sonra ikinci, üçüncünü istəyənlərinki, bəli, həyasızlıqdır. Əgər belə şeylər varsa. Tutaq ki, gənc aktyordur, ona bir otaqlı ev yaşamağa veriblərsə, bu tərbiyəsizlikdir? Çox absurd fikirdir. 

Elə ona görə də belə adamların filmi anlaşılmır. Çünki onların fikrində dumanlar var. Biz söyüşdən danışırıq, kimsə həyasızlıqla nəsə edirsə... 
Mən erməminin evində 4 il kirayədə yaşamışam, tranvayda gəzmişəm. Xalq artisti idim maşınım yox idi. Pul toplaya-toplaya etdim. Dövlət müəyyən xidmətimi dəyərləndirdi, mənə ev verildi. Gördülər ki, evim yoxdur. Qonşulu evdə yaşayırdım. Evin 3 otağında mən, ikisində mühafizəçi yaşayırdı. Giriş bir idi. Gördülər əziyyət çəkir, heç nədən əsəbiləşirəm və bu mənim yaradıcılığıma mənfi təsir göstərir, mənə ev verdilər.

Bəli, bizim qonorarımız başqa ölkələrlə müqayisədə həmişə az olub. Özüm iki türk filmində çəkilmişəm. Eşitdim ki, orada aktyora ev vermirlər, amma yaxşı pul verirlər, o pulla ev alır. Bizdə az pul verirlər, amma pulsuz ev verirlər. Elə gəlib eyni şey olur". 

Aktyor Kino İttifaqı ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib:

"Mən heç kimi qaralamaq fikrində olmamışam. Deyirdilər Kino İttifaqını yeyib-dağıtdılar. Nə yedik? Deyirdim gəlin bizimlə oturun. Söyləyirdilər ki, axşama qədər orada ziyafətlər var. Hamısı yalan, şər, böhtan idi. Elə adamlara deyirdim ki, burada sədr olmaq istəyirsənsə, konfrans olur, namizədliyini ver, görək səni seçirlər. Axı mən bu illər ərzində burada qıram-qıram hörmət qazanmışam. Onlar ümidlə mənə baxıb səs veriblər".

Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur "Alatava" serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə ekran işini tənqid ediblər.

Bundan sonra Taleh Yüzbəyov sosial media hesabında paylaşım edərək "Söyüş söymək isə tərbiyəsizlik deyil. Bir sıra böyük şairlərimizin şeirlərində, yazıçılarımızın əsərlərində, filmlərimizdə də söyüş var. Bir də hər personajın öz danışıq dili olur. Bu serial isə küçə uşaqlarından bəhs edir. Bağışlayın ki, onları səhnə danışığı müəllimi kimi danışdırmaq istəmirik. Və onların söyüşlərində biz tərbiyəsizlik görmürük. Lətifəsi bu Xalq artistlərimizdən uzaq, bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala, özünə dövlətdən ikinci evi istəməkdir. Tərbiyəsizlik həmin o Əməkdar və Xalq artisti adına görə hər cür hoqqadan çıxıb, layiqli başqa aktyorun haqqına girməkdir. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan haradasa 1 milyon şəxsinə “geri zəkalı” deməkdir. Tərbiyəsizlik bu sənətdə olub, bu sənətin inkişafı üçün heç nə etməməkdir" deyə, yazıb.\\Axsam.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.258262