Rasim Balayev deputat olacaq?
2024-05-08 16:03:06

"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur".
Hurriyyet.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib.
"Hazırda Kinematoqrafçılar İttifaqında işləyirəm. Mədəniyyətə xeyrim dəyəcəksə, elə burada da dəyə bilər. Vacib deyil mən deputat olum".
