"RAND Corporation"dan HESABAT: Vaşqinton Rusiyanı cilovlamaq istəyir

2022-12-28 15:21:00

Amerikanın RAND Corporation adlı qurumu Vaşinqtonun Moskva ilə qarşıdurmada silahlı mübarizə strategiyasını təsvir edən hesabat dərc edib.
Beləliklə, sənəddə bildirilir ki, ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasında maraqlı deyil, əksinə, münaqişə zonasında vəziyyətin kəskinləşməsini istəyir.
RAND ekspertləri vurğulayırlar ki, Vaşinqtonun bu böhranda müəyyən məqsədi var, o da Rusiyanı cilovlamaqdır.
Həmçinin qeyd edilir ki, dövlətlər Rusiya Federasiyasının nüvə silahından istifadəsinin qarşısını almağa çalışırlar ki, bu da genişmiqyaslı müharibəyə çevrilə bilər. Beləliklə, lazım gələrsə, ABŞ Rusiyaya zərbə vura və bunu bütün dünya üçün təhlükəni aradan qaldırmaqla izah edə bilər.
Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələrinin Rusiyanı tamamilə cilovlamağa yönəlmiş siyasəti nüvə dövlətlərinin birbaşa silahlı toqquşması riskini daşıyır. O vurğulayıb ki, Rusiya Federasiyası nüvə müharibəsinin heç vaxt baş verməməsi ilə bağlı mövqeyini dəfələrlə səsləndirib. Eyni zamanda nazir aydınlıq gətirib ki, bu sahədə ritorikanı kəskinləşdirən Qərbdir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141847