Saat:03:55
Haqqımızda

Ramiz Mehdiyevin general oğlu hara yoxa çıxıb? — İLGİNC DETALLAR

2025-10-30 01:39:49

Ramiz Mehdiyevin general oğlu hara yoxa çıxıb?  —  İLGİNC DETALLAR

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini olan oğlu Teymur Mehdiyev vətəndaş qəbulu keçirmir.

Hurriyyet.Az xəbər  verir   ki,  ötən gün general-mayor Teymur Mehdiyevin vətəndaş qəbulu nəzərdə tutulub. Lakin, T.Mehdiyev vətəndaşları özü qəbul etməyib. Onun əvəzinə qəbulu polkovnik Riyad Muğanlinski həyata keçirib. 

Unikal.az-ın yazdığına  görə, general-mayor Teymur Mehdiyevin işə çıxmadığı da bildirilir.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavinləri hər ay vətəndaş qəbulu keçirirlər.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

 


Load Time (S) : 0.165233