Saat:16:47
Haqqımızda

Ramiz Mehdiyevin akademik adı əlindən alınır: “AMEA-da qala bilməz“

2025-12-12 12:24:48

Ramiz Mehdiyevin akademik adı əlindən alınır: “AMEA-da qala bilməz“

"Ramiz Mehdiyevin etdiyi hərəkətlər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü qalmasına imkan vermir".

Hurriyyet.az-ın xəbərinə görə, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, akademiyada Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək.

"Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir. Məsələyə akademiyada baxılacaq və lazimi qərar qəbul ediləcək", - o deyib.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Xatırladaq ki, R.Mehdiyev 2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvü seçilib. O, 2019-2022-ci illərdə akademiyanın prezidenti olub.

Yenisabah.az