Ramiz Mehdiyevə milyonlarla pul necə verilir?

2022-06-13 12:07:00

Ramiz Mehdiyevə milyonlarla pul necə verilir?

Təhsil Nazirliyi yeni tədris ilinin ən böyük tenderini AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC-yə verib.

Belə ki, Nazirlik 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub və sözgedən ASC qalib elan edilib.

Beləliklə Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəniləcək.

Bu gün Ramiz Mehdiyev özü vəzifədə olmasa da, bir çox məsələlərdə adı hallanmaqda davam edir. Bəs görəsən Mehdiyev faktoru nə vaxta kimi cəmiyyət üzərində öz təsirini saxlayacaq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq partiyasının sədri Pənah Hüseyn bu məsələnin Mehdiyevin şəxsi ilə əlaqəsi olmadığını deyib:

“Mənim tenderi udan şirkətin Ramiz Mehdiyevə məxsus olması ilə bağlı hər hansı məlumatım yoxdur. Məncə Ramiz Mehdiyev faktoru bitib, amma onun təmsil etdiyi faktor, yəni Rusiya faktoru bitməyib. Bunun artıq Ramiz Mehdiyevin şəxsi ilə əlaqəsi, məncə, yoxdur”.

ADP sədri Sərdar Cəlaloğlu isə Rusiyanın hələ də Azərbaycana təsiri olduğunu bildirib:

“Azərbaycan nə vaxt Rusiyanın təsirindən çıxsa, o zaman Ramiz Mehdiyev faktoru da cəmiyyətdəki rolunu itirəcək. Bu onu göstərir ki, Rusiyanın hələ də Azərbaycana kifayət qədər güclü təsiri var və biz kiminsə təsiri ilə hesablaşmağa məcburuq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya