Saat:14:02
Haqqımızda

Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...

2022-01-22 01:09:00

Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...

“Ramiz Mehdiyev “İdris Abbasovu susdurun!” əmrini verib”.


Bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun təcili fövqəladə toplantısında səsləndirilib.


Əldə etdiyimiz məlumatda bildirilir ki, bundan sonra hansısa yazı, məqalədə Ramiz Mehdiyevin adı çəkilsə, İdris Abbasov hətta Azadlıq meydanında edam oluna da bilər.


“Bu gün Ramiz Mehdiyevin tapşırığı ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun təcili fövqəladə toplantısı çağırılıb. Mətbuatda getmiş “Ramiz Mehdiyev əsl elm adamlarını cana-boğaza yığıb, getməlidir!” adlı açıqlamaya görə İdris Abbasova qarşı təzyiqlər və hədələr başlayıb. Professordan Ramiz Mehdiyevin adını çəkdib tənqid etdiyinə görə izahat tələb olunub”.
 

Mənbə qeyd edib ki, İnstitut rəhbərliyi AMEA prezidenti Ramiz Mehdiyevin və vitse-prezident İsa Həbibbəylinin adlarını çəkməməsi üçün İdris Abbasovu söz verməyə məcbur ediblər.
 

“Belə qərara alınıb ki, əgər İdris Abbasov bir də Ramiz Mehdiyevin və İsa Həbibbəylinin adlarını çəksə, Azadlıq meydanında asılacaq”. \\Modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR