Ramiz Mehdiyev korrupsiyadan, hərc-mərclikdən, qanun pozuntularından danışdı

2021-11-24 14:28:00

Ramiz Mehdiyev korrupsiyadan, hərc-mərclikdən, qanun pozuntularından danışdı

"Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır".

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akedemik Ramiz Mehdiyev qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib.

O, çıxışında Elmi Şuranın əhəmiyyətindən danışıb və bir sıra prioritet məsələlərə toxunub. Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edən Ramiz Mehdiyev qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. Alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb. 

AMEA prezidenti onu da əlavə edib ki, yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər idarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır.