Ramiz Mehdiyev hələ də Artur Rasizadənin yaratdığı Şuraya RƏHBƏRLİK EDİR - FAKT

2022-06-09 16:27:00

Ramiz Mehdiyev hələ də Artur Rasizadənin yaratdığı Şuraya RƏHBƏRLİK EDİR - FAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında Ramiz Mehdiyev hazırda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri vəzifəsini icra edir.

Maraqlıdır, Ramiz Mehdiyev doğurdanmı həmin vəzifədədir? 

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabinetinin qərarı ilə yaradılıb:

“Bu Şura 2018-ci il fevralın 20-dən o vaxtki baş nazir Artur Rasizadənin imzası ilə yaradılıb. Şura yeni yaradılan zaman AMEA-nın prezidenti Akif Əlizadə, sədr müavini isə İbrahim Quliyev olub. 31 yanvar 2020-ci ildə Nazirlər Kabineti baş nazir Əli əsədovun imzası ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində dəyişiklik edib.

Bu dəyişiklikdən sonra Ramiz Mehdiyev Şuranın sədri olub. Sədr müavini isə Dilqəm Tağıyev olub.

Demək ki, bu qərara Nazirlər Kabineti dəyişiklik edir və birbaşa onun səlahiyyəti altında olan məsələdir. Demək ki, Şuranın tərkibində dəyişiklik etmədiyinə görə Ramiz Mehdiyev hələ də oranın sədri vəzifəsini icra edir. Yəni bu məsələnin AMEA-ya aidiyyəti yoxdur. 

Qeyd edək ki, bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev vəsifəsindən istefa verib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya