Saat:07:46
Haqqımızda

Ramin Bayramlının şirkətinin “Avromed”ə satılması xəbərinə REAKSİYA

2024-04-04 17:48:19

Ramin Bayramlının şirkətinin “Avromed”ə satılması xəbərinə REAKSİYA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının təsis etdiyi “Spektr Med” şirkəti ondan alınıb.

Məsələ ilə bağlı “Spektr Med” MMC-dən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində şirkətin “Avromed Company” QSC tərəfindən alınmasına dair yayımlanan xəbərlər həqiqəti əks etdirmir.

Mediada yayımlanan xəbərlərə əsasən, “Spektr Med” MMC əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed Company” QSC-yə satılıb.

Qeyd edək ki, “Spektr Med” MMC 01.07.2009-cu il tarixində qeydiyyata alınıb. Şirkət iki şəxs tərəfindən təsis olunub. 2019-cu ildən etibarən təsisçilərdən biri ilə bu günə qədər fəaliyyətini davam etdirir. “Spektr Med” MMC-nin yarandığı gündən bu günə qədər qeydiyyat məlumatlarında “Avromed Company” QSC ilə əlaqəsi olmayıb. 

Onu da qeyd edək ki, kütləvi informasiya vasitələrində TƏBİB-in keçmiş sədri Ramin Bayramlının həmin vəzifəyə təyin olunduqdan sonra “Spektr Med” MMC-ni almasına dair xəbərlər əsassızdır.

“Spektr Med” MMC medianı bu cür informasiyaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxlamağı tövsiyə edir.

oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR