Ramazan ayının başlaması ilə bağlı nə vaxt fitva veriləcək?
2025-02-26 22:30:41

Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fitva veriləcək.
Hurriyyet.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev deyib.
“Sabah Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması münasibəti ilə tədbir keçiriləcək, elə tədbirdə də fitva veriləcək”, – F. Nurullayev bildirib.
