Rahid Ələkbərli Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib
2025-06-03 19:11:06

Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Hurriyyet.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad olunub.
