Saat:08:53
Haqqımızda

“Rabitəbank” ancaq müsbət göstəriciləri paylaşır - Bank kiçilib, 74 mln. manat depozit itirib

2024-04-30 16:03:10

“Rabitəbank” ancaq müsbət göstəriciləri paylaşır - Bank kiçilib, 74 mln. manat depozit itirib

2024-cü ilin ilk rübündə “Rabitəbank” depozit portfelinin 74 milyon manatdan çox hissəsini itirib. 

Hurriyyet.az bu barədə bankın maliyyə hesabatına istinadən məlumat verir. Məlumata görə, “Rabitəbank”ın əmanət portfeli ilk rübdə 10% və ya 74,4 milyon manat azalaraq 679,4 milyon manata düşüb. Bu isə bankın öhdəliklərinin həcminin 1,02 mlrd. manatdan 959,4 milyon manata kimi azalmasına təsir edib. 

İlk üç ayda şirkətlər bankdan 80 milyon manat depoziti geri çəkib. Belə ki,  2024-cü ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna bankın hüquqi şəxslərin əmanət portfeli 308,4 milyon manatdan 228,7 milyon manata enib. Bu isə son üç ayda sözügedən portfelin 25,8% və ya 79,7 milyon manat “əriməsi” deməkdir.  

Bank 2024-cü ilə pis başlayıb. Belə ki, ilk rübdə 58,1 milyon manat kiçilmə qeydə alınıb. 1 aprel 2024-cü il tarixinə “Rabitəbank”ın  cəmi aktivləri ilin əvvəlindəki  1 mlrd. 138 mln. manatdan 1 mlrd. 80 mln. manata enib. “Rabitəbank” bu nəticə ilə ilk rübdə ən çox kiçilən 5-ci bank olub. 

Maraqlıdır ki, bank rəsmi sosial media səhifələrində müqayisələri ancaq artım dinamikası olan göstəricilər üzərində qurub. Bəs görəsən bankda özünü göstərən depozit portfelinin azalmasının səbəbi nədir? 

Mövzu ilə bağlı “Rabitəbank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Rita Ömərova bildirib ki, ilin növbəti dövründə bankda depozitlərin sürətli artımı proqnozlaşdırılır:

“Banklarda zaman-zaman depozitlərdə azalma və artma halları müşahidə olunur. Bunun xüsusi bir səbəbləri yoxdur və bank bu cür halları mütəmadi olaraq tənzimləyir.  2024-cü ilin 1-ci rübündə Rabitəbankda depozit portfeli 679,4 milyon AZN təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur. Cari il ərzində bankda depozitlərin dinamik sürətlə artması proqnozlaşıdırılır”. 

Bank rəsmisi kredit portfelində isə azalmanın müşahidə olunmadığını qeyd edib:

“Rabitəbank”ın kredit porfelində azalma müşahidə olunmur. 2024-cü ilin 1-ci rübündə bankın kredit portfeli 717,4 milyon AZN təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur”./Yeni Sabah/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.149808