Qvardiola bu klubun baş məşqçisi ola bilər
2023-02-10 19:10:00

Fransanın PSJ klubu baş məşqçi postuna məşhur mütəxəssisi gətirmək niyyətindədir.
Paris təmsilçisinin rəhbərliyi "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı komandanın "sükanı arxasına" gətirməyə hazırlaşır.
Fransalılar 52 yaşlı mütəxəssislə danışıqlara başlamaq ərəfəsindədir. PSJ rəhbərliyi Kristof Qaltyeni tezliklə Qvardiola ilə əvəzləmək istəyir.
Rəhbərlik həm də təcrübəli mütəxəssislə Lionel Messini yenidən bir araya gətirmək üçün səy göstərir.
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə 2025-ci ilədək müqaviləsi var. \\Offsideplus.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya