Saat:12:43
Haqqımızda

Qutsul: "Rusiya yenidən qaqauz xalqını xilas etdi"

2024-04-09 14:57:20

Qutsul:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qaqauziya Muxtar Respublikasının Prezidenti Yevgeniya Qutsul Rusiyanın "Promsvyazbank" bankı ilə kredit-maliyyə sahəsində əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra öz "Teleqram" səhifəsində yazıb: "Bu, bizim üçün çox mühüm məqamdır. Rusiya yenidən xalqımızı xilas etdi və qaqauzların dostu və müdafiəçisi statusunu təsdiqlədi".
Qutsul rusiyalı tərəfdaşlardan maliyyə yardımı proqramının hüquqi, texniki və təşkilatı məsələləri üzərində mütəxəssislərin artıq işə başladığını qeyd edib: "Hələ iş çoxdur, lakin biz artıq dəqiq bilirik ki, qələbə bizimlə olacaq".
Qaqauziya Prezidenti bildirib ki, yerli hakimiyyət orqanları əlavə ödənişlər ediləcək bütün yerli sakinlərə bank kartlarının verilməsinə kömək edəcəklər.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185164