
Quterreşdən Ərdoğana TƏŞƏKKÜR
2022-04-25 22:24:00

Türkiyə Prezidenti Ərdoğan BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib və Quterreş Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib.
Görüşdə Rusiya-Ukrayna müharibəsi başda olmaqla, digər regional inkişaflar dəyərləndirilib.
Ərdoğan təkcə döyüşən tərəflərə deyil, bütün dünyaya təsir edən bu böhrandan çıxmaq üçün ağlabatan və etibarlı diplomatik həllin tapılacağına inandığını bildirib.
Türkiyə Prezidenti Ukraynadan mülki əhalinin təxliyyəsi və bölgəyə humanitar yardımın çatdırılmasına töhfə verərək, humanitar böhranın aradan qaldırılması üçün BMT ilə yaxından işləməyə davam edəcəklərini bildirib. \\Demokrat.az

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya