Quterreş: Livanda eskalasiya BMT TŞ-nin 1701 saylı qətnaməsini sual altına qoyur
2024-10-02 22:04:05
Livanda eskalasiyanın miqyası BMT Təhlükəsizlik Şurasının (TŞ) İsrail və “Hizbullah”ın gərginliyin azaldılması üzrə öhdəliklərini əks etdirən 1701 saylı qətnaməsini sual altına qoyur.
Bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında deyib.
"Biz bir neçə gün ərzində o qədər kəskin eskalasiyanın şahidi olduq ki, Şuranın 1701 saylı qətnaməyə daxil etdiyi normativ çərçivələrdən nəyin qalması sual doğurur”, - o bildirib. \\Report.Az