Quterreş humanitar dəhlizlər üzrə Rusiya-Ukrayna-BMT qrupunun yaradılmasını təklif edib

2022-04-26 22:00:00

Quterreş humanitar dəhlizlər üzrə Rusiya-Ukrayna-BMT qrupunun yaradılmasını təklif edib

Quterreş humanitar dəhlizlər üzrə Rusiya-Ukrayna-BMT qrupunun yaradılmasını təklif edib

BMT-nin baş katibi Antoniu Quterreş humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün birgə qrup yaratmağı təklif edib.

Quterreş bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

Baş katib bildirib ki, Ukraynadakı əsas vəzifə humanitar vəziyyəti yaxşılaşdırmaqdır.

“Biz BMT, Rusiya və Ukraynanın vəziyyəti birgə müzakirə edə bildiyi humanitar əlaqə qrupunun yaradılmasını təklif edirik ki, bu dəhlizlər həqiqətən effektiv olsun”, - Quterreş vurğulayıb.

Quterreşin sözlərinə görə, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldan dinc əhalinin təxliyəsi üçün Rusiya və Ukrayna hərbçiləri ilə işləməyə hazırdır.

Baş katib bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünün pozulması BMT Nizamnaməsinə uyğun gəlmir.

"Baş verənlərdən dərin narahatıq. Biz Ukrayna ərazisinə təcavüzün olduğuna inanırıq", - Quterreş əlavə edib. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya