Qüsullanmadan oruc tutanların DİQQƏTİNƏ - Sizin orucunuz...
Oruc tutan şəxsləri maraqlandıran suallardan biri də qüsullanmadan tutulan orucların qəbul olub olmamasıdır. Kimiləri oruc tutan insanların mütləq qüsullanmalı olduğunu, kimiləri isə bunun çox da ciddi bir nüans olmadığını bildirir. Bəs həqiqətən də, qüsul almayan insanların tutduğu oruc qəbul olunur?
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Referans.az-ın sorğusunu cavablandırıb. O, qüsul almadan da tutulan orucların qəbul olduğunu, lakin qüsullanmağın məsləhətli bir nüans olduğunu bildirib:
“İslam dinində də, bunu araşdıran alimlər də bildirir ki, oruc tutmazdan əvvəl qüsulun alınması daha çox tələb olunan bir nüansdır. Yəni namaz qılan zaman dəstəmaz alınmasının şərt olduğunu bilirik, amma orucun tutan şəxsin qüsullanması üçün heçbir şərt yoxdur. İslamda qüsul alıb oruc tutmaq daha məsləhətə uyğundur. Amma bir insan qalxıb görsə ki, orucun vaxtına gecikir, qüsul alsa oruca gec qalacaq, həmin şəxsin qüsul alması şərt deyil, qüsulsuz da oruc tuta bilər. Lakin insanlar qüsul alıb oruc tutsa daha məqbul olar".
Aqil Taleh
