Saat:01:24
Haqqımızda

Qusar sakini ünvanlı sosial yardımının qanunsuz olaraq kəsildiyini iddia edir, qarşı tərəf isə… - ŞİKAYƏT

2024-07-09 12:22:29

Qusar sakini ünvanlı sosial yardımının qanunsuz olaraq kəsildiyini iddia edir, qarşı tərəf isə… - ŞİKAYƏT

Qusar rayonu, Urva kənd sakini Xasıyeva Məkanət Çələmir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Şikayətçinin iddiasına görə, əvvəllər aldığı ünvanlı sosial yardımı 2023-cü ildən bəri dayandırılıb. O qeyd edir ki, bu ilin yanvar ayında yenidən müraciət etsə də, evinə baxış keçirilmədən rədd cavabı verilib. Ancaq vətəndaş imtinanın səbəbini anlamadığını bildirir:

“Mən, Xasıyeva Məkanət Çələmir qızı, yazaraq bildirirəm ki, ünvanlı sosial yardımımı qanunsuz olaraq kəsiblər.

Böyük oğlum keçən il Azərbaycan Texniki Universitetini bitirdi, I qrup əlil atası ilə qalaraq, ona baxır. Mənimlə qalan kiçik oğlum IX sinfi bitirib. Övladımla tək oluruq, kənddə yaşayırıq. 2010-cu ildə həyat yoldaşımdan rəsmən ayrılmışam, 1/3 hissə aliment alıram. 34 sot pay torpağına sahibəm, VÖEN-im var, vergi verirəm.

Keçən ilin oktyabr ayında bir qrup nümayəndə özlərini məskunlaşdığım yerə yetirdilər. Həmin vaxt qonşunun inəyini mənim adıma qeyd etdilər deyə mənə ünvanlı sosial yardımla bağlı imtina cavabl gəldi. Təzədən müraciət etdim. Dekabr ayında yoxlama gəldi. Neçə ildir “zaks”ımın çıxarışı ilə yardım alırdım. Bu dəfə buna baxılmadı, qətnamə istədi və yenə imtina edildi.

Uşağın onlayn dərsləri var deyə WFI şəbəkəsini yeni çəkdirmişdim, onu belə bəhanə elədilər.

Sənədlərim yerli-yerindədir. May ayında yeni qaydalarla ünvanlı sosial yardımın bərpa olunması üçün müraciət etmişəm. Bu qədər vaxt keçib, hələ də xəbər yoxdur. Təəssüf ki, işimə baxılmır”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Hurriyyet.az–a açıqlama verib:

“Qusar sakini Məkanət Xasiyeva Çələmir qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə ən son müraciəti 31.05.2024-cü il tarixində daxil olub. Lakin Məkanət Xasiyeva torpaqla bağlı sığorta ödənişlərini etmədiyi üçün elektron sistem tərəfindən avtomatik qaydada müraciətə imtina verilib”.

Cəmilə ƏZİMOVA

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178267