Saat:22:14
Haqqımızda

Qusar əhalisinin milli tərkibi - Ləzgilər çoxdur, azərbaycanlılar? - SİYAHI

2024-02-13 16:20:30

Qusar əhalisinin milli tərkibi - Ləzgilər çoxdur, azərbaycanlılar? - SİYAHI

 

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Qusar rayonunda əhalinin sayı 101 687 nəfər olub.

Bu barədə modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Qusar əhalisinin 51 621 nəfərini kişilər, 50 066 nəfərini qadınlar təşkil edib.

Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 76,9 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Qusarda 509 nikah bağlanıb, 136 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Qusar  rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Məlum olub ki, Qusarda ləzgilər azərbaycanlılardan çoxdur.

Belə ki, sonuncu siyahıyaalma zamanı Qusarda yaşayan 86 021 nəfər ləzgi olduğunu, 13 105 isə azərbaycanlı olduğunu bildirib. Sonrakı yerdə ruslar gəlir: 101 nəfər.

Qusar rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR