QUSACAQSAN, ƏLİ HƏSƏNOV! – Eldar Sabiroğlu yazır

2023-02-16 10:24:00

QUSACAQSAN, ƏLİ HƏSƏNOV! – Eldar Sabiroğlu yazır

Haramın olsun, Əli Həsənov! Baxdım ölkəni bürüyən əmlakının siyahısına. Ancaq müəyyən mənada heç təəccüblənmədim də. Sənə hakimiyyətin göstərdiyi etibar və inam beynini varlanmaq xəyalı ilə o dərəcədə doldurmuşdu ki, gözlərin ayağının altını  görə bilmirdi.

Göründüyü kimi, cırıq və nimdaş şalvarınan partiyaya yüksək vəzifəyə Əli Nağıyevin köməkliyi ilə gətirilən bu adam birdən-birə sıçrayışla irəliləməyə başladı. Vəzirovçu Ə.Həsənov tez bir müddətdə PA-nın idioloji şöbəsinin müdirliyinə qədər qalxdı. Əli Nağıyevin böyük dəstəyi burada da öz rolunu oynadı. Sonradan  özünü YAP-ın lideri kimi tanıdan və partiyanın idarə edilməsində əvəzsiz (?) mövqeyə yiyələnən himayadarını satmaq yolunu seçdi.

Onu çox gözəl tanıyıram. Əslinə baxsaq, Böyük Heydər Əliyev kimin hansı yuvanın (bay) quşu olduğunu adamın özündən də yaxşı tanıyırdı. Ona görə də Əli Həsənov kimi siyasi dələduzun nə partiyaya, nə də Prezident Aparatına yüksək vəzifəyə gətirlməsinə razı deyildi. Lakin, görünür, Nağıyevin yorucu xahişlərindən Prezident zinhara gəldi və öz razılığıını verdi.

Mən bir əhvalatı, Heydər Əliyevin Vəzirovçunu yerin dibinə soxan qapalı iclaslardan birində onun barəsində dediyi sözləri xatırlatmaq istərdim. Əli Həsənov hələ partiyada idi. Həmin iclasda Prezident onu çıxışa çağırdı. Tribunada ağıl verməyə başlayan Əlini dərhal Heydər Əliyev dayandırdı və dedi: "Sən Naxçıvana gəlmişdin. Gözə dəymirdin. Soruşdum səni. Mənə bildirdilər ki, o, çoxdandı Naxçıvanı tərk edib. Bəs hara gedib? Söylədilər ki, Ukraynada “Quska”nın taxta-şalban şirkətində tərəziçəkən işləyir”. Çox qəzəbli halda Əliyə dedi ki, get, idioloji tərbiyə aldıqdan sonra gələrsən. Lakin idioloji tərbiyəsizi inadla müdafiə edən Əli Nağıyev sonda öz arzusuna çatdı...

Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO |  KONKRET

Sual olunur: səni vəzifəyə gətirdilər ki, var-dövlət yığasan, Əli Həsənov? Yoxsa işiniz bəyənmədiyiniz adamları siyasi liderin Mehdiyevin tapşırığı ilə mənim kimiləri satmaqdan ibarət olub!? Hektarların, saysız-hesabsız obyektlərin sahibi olmaqdan indi məmnunsanmı? Cətin. Haramçılıq sənin insani keyfiyyətinlə bağlı olan işdir. Qusacaqsan. Buna əmin ol. Çünki topladığın varidatın halalığı yoxdur. Görün, pul necə qudurdubsa, oğlu itinə 3000 manat həcmində "maaş" ayırıbmış. Bu lənətə gəlmişlərin görəsən Allahı var, yoxsa yox?!

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180976