QURD ADAM! – Şamil yazır

"Manqurt” əsərinin müəllifi olan Çingiz Aytmatovun əsrdə bir yetişəcək dahilərdən olduğu hamıya məlumdur. Amma zaman keçdikcə onun bu əsərdə yazmış olduğu əsl fikirlərin nədən ibarət olduğunu anlasaq, müəllifin böyüklüyündən heç də geri qalmayan, qorxmazlığının da şahidi olarıq.
İçində yaşadığı imperiyanın qılıncının “işi-gücü” xalqların taleyini, ömrünü kəsmək olduğu bir vaxtda, ələlxüsus mənsub olduğu qurd ürəkli türk millətinə olmazın əzablar verən bir dövlətin, sayıb-seçiləni olmasına baxmayaraq, mənim fikrimcə, bu əsəri yazmaqla soyunun başına gətirilənləri manqurt obrazından fərqli olaraq heç vaxt unutmadığını bildirmək istəmiş qaniçən "ağasına", gələcəkdə azadlıq əldə edəcəyinə Nayman ana qədər ümüdlü olduğu qurd balalarına.
Bir qurd ona edilən heç nəyi yaddan çıxartmır, yaxşılığı da, yamanlığı da. Bəs onda necə olur ki, bu böyüklükdə sənətkar keçmişini, dostunu, düşmənini, hətta anasını belə unudan obrazına “Manqurt” adı verir?
Min hiylə ilə gün-gün tutduğu, əsir etdiyi başına, dinini, dilini, əcdadını, kimliyini unutduracaq, kolxozçu, proletar, komsomol rəngində kommunist dərisi geydirdiyi millətinin əsrlər keçsə belə, qurdlugunu untmayacagını demək istəmiş əslində. Hayqırmış bütün dünyaya, bir yalquzaq kimi ulamış ona sahibləndiyini sananların qulağına.
Çingizin ruhunun ölmədiyini, hər an aranızda olduğunu əyani subut kimi qoymuş hər birinin masasının üzərinə, özü də gizlin deyil, öz adı və imzası ilə. Əsəri oxuduqda, arzularına çatdıqlarını düşünənlərə, qurd adamın ölər də heç zaman manqurt olmayacağını gələcəkdə görəcəklərinin xəbərini verərək, türkün keçmişini yaddaşından silməyin mümkünsüz olduğunu bildirmiş çaqqal xislətlilərə. Həm də əsrlər-qərinələr keçsə belə, nə vaxtsa azadlıqlarına qovuşacaq olan yavru qurdlarının Çingiz atalarını heç zaman unutmayacaqlarından əmin olaraq.
ŞAMİL
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya