Qurban Qurbanovun oğlu penaltini vura bilmədi - Millimiz uduzdu

2022-06-07 20:41:00

Qurban Qurbanovun oğlu penaltini vura bilmədi - Millimiz uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib. 48-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib. Rəqibin qollarını 50-ci dəqiqədə Naatan Skutta, 55-ci dəqiqədə Oliver Antman və 79-cu dəqiqədə Aqon Sadiku vurub.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Finlandiya A qrupunun lideri olan Xorvatiyaya çatıb.

Azərbaycan yığması isə 7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək. \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya