Saat:04:45
Haqqımızda

Qurban Qurbanov 4:1-i belə dəyərləndirdi

2025-03-29 00:03:46

Qurban Qurbanov 4:1-i belə dəyərləndirdi

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün "Turan Tovuz"un qonağı olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

O, 4:1 hesablı qələbəni belə dəyərləndirib: 

"Futbolçularımı təbrik edirəm. Oyuna yaxşı hazırlaşa bilməmişdik. Son iki günə qədər 8-9 oyunçu ilə məşq etmişdik. 12 futbolçumuz milli komandalarda idi. Burada oynamaq xoş oldu. Texniki səhvlər çox olsa da, futbolçuların mübarizə əzmindən razı qaldım.  

Açılışda iştirak etmədim? Oyuna hazırlaşırdıq. Komandanı qoyub açılışda iştirak etmək düzgün olmazdı. Mənim iştirakım o qədər də vacib deyildi". \\Fanat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194535