Saat:04:54
Haqqımızda

Qurban bayramının namaz vaxtı müəyyən olundu

2025-06-02 11:58:10

Qurban bayramının namaz vaxtı müəyyən olundu

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər.

Hurriyyet.az trend-ə istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib

O bildirib ki, hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq.

"Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər. Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır. Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır. Bəzi məscidlərdə - məsələn Göy məscid, Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi ilə əlaqədar saat 9-da da qılına bilər. Məscid icması bu məsələ ixtiyar sahibidir", - deyə F.Nurullayev qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159370