Saat:10:34
Haqqımızda

Qurani-Kərimin yandırılması təxribatı İsveçə 4 milyon dollara BAŞA GƏLDİ

2022-08-16 01:34:00

Qurani-Kərimin yandırılması təxribatı İsveçə 4 milyon dollara BAŞA GƏLDİ

Danimarkanın ifrat sağçı Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludanın İsveçdə Qurani-Kərimi yandırmaq üçün təxribatları dövlətə 43 milyon kron (4 milyon 181 min dollar) başa gəlib.

“SR” dövlət radiosunun xəbərində Paludanın son 7 ayda Quranı yandırmaq üçün etdiyi təxribatlara görə İsveç xəzinəsindən əlavə 43 milyon kron çıxdığı qeyd edilib.

Xəbərdə Paludanın təxribatında baş verən hadisələr və əlavə polis təyinatı səbəbiylə xərcin yüksək olduğu, bir çox polisin rutin işlərinin də pozulduğu bildirilib.

İsveç vətəndaşlığı da olan və partiyası 11 sentyabrda İsveçdə keçiriləcək ümumi seçkilərə qatılmağa hazırlaşan Paludan son 10 gündür ki, seçki işi adı altında İsveçin müxtəlif yerlərində Quran yandırır.

Xüsusilə türk və müsəlman məhəllələrini seçən Paludan məscidlərin qarşısında ciddi polis mühafizəsi altında Quran yandıraraq İslam peyğəmbəri Məhəmməd peyğəmbəri təhqir edir.

Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimi yandırmaqla təxribat törədir. \\Konkret

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR