Saat:01:43
Haqqımızda

Qurani-Kərimi yandıran danimarkalı lap azğınlaşdı

2023-01-27 23:39:00

Qurani-Kərimi yandıran danimarkalı lap azğınlaşdı

Hurriyyet.az xəbər verir ki, danimarkalı radikal Rasmus Paludan yanvarın 27-də Kopenhagen şəhərində  gün ərzində üç dəfə müqəddəs Quran kitabını yandırıb. Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

Paludan müqəddəs kitabın bir nüsxəsini əvvəlcə məscidin qarşısında, ardından digər nüsxəsini Rusiya səfirliyinin konsulluq şöbəsinin önündə, ən axırda isə üçüncüsünü  Türkiyə səfirliyinin qarşısında yandırıb.

Rusiya diplomatları və Türkiyə XİN dərhal onun bu əməlini pisləyiblər.

Paludan bu əməli vasitəsi ilə Türkiyə Prezidentinə “onun Danimarka və İsveçdə söz azadlığı məsələlərinə qarışmasına qarşı etirazını” bildirdiyini söyləyib.

Bəlli olduğu kimi, yanvarın 21-də Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında islamın müqəddəs kitabını yandırmışdı. İki gün sonra, yanvarın 23-də isə sağçı radikal Edvin Vahensveld müqəddəskitabın bir neçə səhifəsini yandıraraq analoji aksiyanı Haaqada təkrarlamışdı.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR