Qum fırtınası başladı, beynəlxalq uçuşlar dayandırıldı
2022-06-13 12:50:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraqda qum fırtınası səbəbindən Bağdad Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.
İraqın İNA rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə, Bağdaddakı qum fırtınası görünmə məsafəsini azaldıb. Boğulma təhlükəsi ilə üzləşən vətəndaşlar xəstəxanalara aparılıb.
ABŞ işğalının fəsadları
2003-cü ildə İraqın ABŞ-ı işğal eləməsindən sonra yüzminlərlə ağacın kəsilməsi ölkənin yaşıllığını kasadlaşdırdı. Bu vəziyyətin qum fırtılarının yaranmasına təsiri olduğu bildirilir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya