Saat:22:14
Haqqımızda

QULDURLUQLA ÜZLƏŞƏN SAHİBKARIN ŞİKAYƏTİNƏ BAXILMIR – Ölkə rəhbərliyinə müraciət / VİDEO

2022-10-31 11:38:00

QULDURLUQLA ÜZLƏŞƏN SAHİBKARIN ŞİKAYƏTİNƏ BAXILMIR – Ölkə rəhbərliyinə müraciət / VİDEO

Göyçay rayon sakini, sahbkar Nuriyev Məhi Asim oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müracət edən sahibkar iddia edir ki, ona qarşı törədilən quldurluq faktı ilə bağlı şikayətinə baxılmır:

“Mən sahibkar kimi Göyçay rayonu Mirzəhüseynli kəndində bağçılıq təsərrüfatı ilə məşğul oluram. Təsərrüfatımda bir neçə nəfər işləyir. Hətta onlardan biri şəhid ailəsidir.

Qonşum olan Əhmədov Habil Yaqub oğlu iki il ərzində dəfələrlə mənə məxsus bağçılıq təsərrüfatına hücumlar etmiş, işçiləri söyüb-təhqir etmiş, avadanlıqları sındıraraq yararsız hala salmışdır. Onun hərəkətləri cinayət əməli olsa da, barəsində indiyə qədər tədbir görülmür. Buna görə Habil Əhmədov və onun əlaltıları azğınlaşıblar.

İki gün əvvəl Habil Əhmədov bir qrup şəxslə əlbir olaraq, gecə saatlarında sözügedən bağçılıq təsərrüfatıma gedən elektrik xəttini balta ilə kəsərək, həmin əraziyə basqın ediblər. Təsərrüfatımda olan texniki avadanlıqları və digər əşyaları tam olaraq yararsız hala salmış, mənə küllü miqdarda ziyan vurmuşlar.

Bu barədə etdiyim şikayətə obyektiv baxılmır. Nəticə isə budur ki, cəzasızlıqdan azğınlaşmış Habil Əhmədov quldurluq cinyətini davam etdirməklə, bizə ziyanlar vurur. Hətta cəzasız qalan Habil Əhmədov hadisənin səhəri günü gəlib işçiləri təhqir edib, hədələyib. İşimizi dayandırıb, işləməyə imkan vermir. Çıxılmaz vəziyyətdə qalmışıq. Sanki qolçomaqlıq dövrüdür. Bəs, qolçomaq kimi davranan Habil Əhmədova “dur” deyən, barəsində qanuni tədbir görən olacaqmı?

Buna görə çox narahatıq, həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Habil Əhmədovun əməli quldurluq, hədə-qorxu ilə tələb etmə və sairə cinayət hərəkətləridir.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə müracət edərək xahiş edirəm ki, mənə qarşı edilən quldurluq cinayətinin obyektiv araşdırılmasına, Habil Əhmədov və onun dəstəsi barədə qanuni tədbirlər görülməsinə göstəriş verəsiniz”.

 

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179469