Saat:14:42
Haqqımızda

Qulamhüseyn Əlibəli: "Dəhliz məsələsi həll olunmadıqca..."

2024-08-23 23:17:12

Qulamhüseyn Əlibəli:

"Bu bəyanat Rusiyanın növbəti bəhanəsidir. Çünki dəhliz məsələsi həll olunmadıqca, Rusiyanın Ermənistana təzyiq imkanları artmaqda davam edəcək".

Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi icmalçı Qulamhüseyn Əlibəyli Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın 10 noyabr Bəyanaməsinin 9-cu bəndinin icrası ilə bağlı tərəflər arasında aparılan müzakirələrin detallarını açıqlamasına münasibət bildirərkən deyib.

"Hesab edirəm ki, Azərbaycan tərəfi düzgün hərəkət edib. Çünki Azərbaycanla bağlı hissədə rus sərhədçilərinin yerləşdirilməsi mümkün deyil. Amma Ermənistan öz sərhədlərini Rusiya ordusunun nəzarətinə verib", deyə Qulamhüseyn Əlibəyli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın rus sərhədçilərini yerləşdirməkdən imtinası heç də dəhliz məsələsinin həll olunmaması anlamına gəlməməlidir:

"Dəhliz məsələsi həll olunmamalıdır. Bu sadəcə olaraq, görünür Rusiyanın özünün növbəti bəhanəsidir. Çünki dəhliz məsələsi həll olunmadıqca Rusiyanın Ermənistan və digər yerlərə təzyiq imkanları artmaqda davam edir. Düzdür, Moskvanın Azərbaycana təzyiq imkanları yoxdur". 

 

 

Qulamhüseyn Əlibəyli bildirib ki, Zəngəzur dəhlizi eksteritoriallıq statusuna malik olmalıdır: 

"Onun da sadəcə olaraq, mühafizə məsələsini təşkil etmək olar. Lakin gedib gələn mallara nəzarət, yoxmala və digər məsələlər olmamalıdır".

Bundan sonrakı mərhələdə dəhlizlə bağlı müzakirələrdən gözləntilərə gəlincə, ekspert hesab edir ki, Azərbaycanın bu məsələdə mövqeyi ciddi şəkildə dəyişməyəcək:

"Azərbaycan sülh sazişindən Zəngəzur dəhlizilə bağlı məsələnin çıxarılmasına razılıq verib. Məsələ yalnız gələcək müzakirələrin mövzusu ola bilər. Amma hər halda Azərbaycanın mövqeyi üstünlük qazanmaq imkanına malikdir". 

Həmsöhbətimiz düşünmür ki, Rusiya kommunikasiyaların açılmasında Ermənistanı razılığa gətirə bilsin:

"Çətin məsələdir. Ermənistan artıq Rusiyadan uzaqlaşmaq xətti tutduğundan Moskvanın İrəvanı hər hansı bir məsələdə, o cümlədən Zəngəzur dəhlizinin mühafizəsi məsələsində razılığa gətirəcəyi inandırıcı görünmür".

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın sonuncu brifinqdə 10 noyabr üçtərfəli bəyannamənin 9-cu bəndinin icrası ilə bağlı tərəflər arasında aparılan müzakirələrin detallarını açıqlayıb. Onun sözlərinə görə, İrəvan Rusiya sərhədçilərinin yalnız Ermənistan tərəfində deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsinə dair şərt irəli sürüb. Bakının bu şərtdən imtinasından sonra Ermənistan Rusiya sərhədçilərinin nəqliyyat axınına nəzarətindən imtina edib və İşçi Qrupda iştirakını dondurub. 

 

Rüfət Sultan

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237592