Saat:08:52
Haqqımızda

Qüdrət Həsənquliyev - Qonşu İran Respublikası Azərbaycana qarşı münasibətini dəyişməlidir

2024-04-23 12:11:21

Qüdrət Həsənquliyev - Qonşu İran Respublikası Azərbaycana qarşı münasibətini dəyişməlidir

Milli Məclisin aprelin 23-də keçirilən növbəti plenar iclasında deputat Qüdrət Həsənquliyev sülhməramlıların çıxarılmasına toxunaraq təbrik ünvanlayıb.

"İlk öncə xalqımızı, Prezidenti, Vitse-Prezidenti xüsusilə təbrik edirəm ki, 1991-ci il sərhədlərimizdə ərazi bütövlüyümüzü bərpa etdik. İstərdim ki, bu münasibətlə hakim partiyanı təbrik edim. Vaxtilə AXC qarşısına iki məqsəd qoymuşdu - ərazi bütövlüyünü və müstəqilliyimizi bərpa etmək. Onu da qeyd etməyi özümə borc bilirəm ki, bu parlamentin tribunasından Ermənistana müraciət etməliyik ki, Ermənistanın siyasi rəhbərliyi nə qədər tez başa düşsə ki, sülh müqaviləsi bağlamaq, Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək lazımdır, bu bölgənin inkişafına təkan vermiş olacaq. Müəyyən mənada da qonşu İran Respublikası Azərbaycana qarşı münasibətini dəyişməlidir, zərər verən bəyanatlardan çəkinməlidir. Bilməlidir ki, bəzən gözdən salma, bəzən təzyiq cəhdləri heç bir fayda verməyəcək".

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.756373