Qubada çörək sexi YANDI
2024-05-09 00:30:35
.jpg)
Quba rayonunun Timiryazev kəndində yanğın baş verib.
Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, hadisə çörək sexində qeydə alınıb.
Sexin transformatorunda baş verən nasazlıq yanğına səbəb olub.
Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
