Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTOLAR

2022-08-02 16:11:00

Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTOLAR

Quba  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon  ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilir ki, rayon sakini Ruslan İfraimov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və  avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İfraimov 500 manat məbləğində cərimə edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000130