Qubada avtomobil maneəyə çırpılıb, ölən var
2023-02-04 23:07:00
Quba-Susay avtomobil yolunda hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Qasımov Elşən Bağır oğlu aldıgı xəsarətlərdən ölüb.
E.Qasımovun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.\\Report