Qubad İbadoğlunun partiyasının fəaliyyətinə XİTAM VERİLDİ
2023-01-12 18:23:00
.jpg)
Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı partiyanın sədri Qubad İbadoğlu paylaşım edib. Bildirib ki, Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb:
"Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik", - deyə o qeyd edib.
Bildirək ki, ADR 2021-ci ilin oktyabrında partiyaya çevrildiyini elan etsə də, qurumun dövlət qeydiyyatı ilə bağlı bütün müraciətlərinə mənfi cavab verilib.
yenisabah.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya