Saat:13:21
Haqqımızda

Qroznı dronların hədəfində

2025-12-05 11:37:45

Qroznı dronların hədəfində

Hurriyyet.az xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində, "Qroznı-Siti" biznes kompleksində güclü partlayış baş verib. Zərbə dalğası bir neçə mərtəbənin fasadını dağıdıb. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyirlər.
Qroznı da daxil olmaqla, Şimali Qafqazın aeroportları "Kovyor" (rus dilində - xalça, örtük) rejiminə keçirilib. Yerli mənbələrin məlumatına görə, partlayış Ukrayna dronunun hücumu nəticəsində baş vermiş ola bilər.
Hürr Tərcüman