Saat:03:32
Haqqımızda

Qriqoryanın son açıqlaması: Laçının qaytarılması uzanacaqmı?

2022-07-01 15:37:00

Qriqoryanın son açıqlaması: Laçının qaytarılması uzanacaqmı?

“Qarabağ uğrunda Rusiya ilə Qərb arasında rəqabət var”.

Bunu açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev bildirib.

Xatırladaq ki, iyunun 30-da Ermənistan Təhlükəsiz Şurasının katibi Armen Qriqoryan növbəti məntiqsiz bəyanat verib. Onun sözlərinə görə, Laçın qəsəbəsi və Zabux kəndində qanunsuz məskunlaşmış erməni əhalinin köçürülməsi hələ il yarım çəkəcək. Halbuki Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə uzanan yeni yolun çəkilişi artıq başa çatmaq üzrədir.

Öz növbəsində, Cümşüd Nuriyev bildirib:

“Paşinyanın bəyanatında həm Laçın dəhlizi, həm də Laçın şəhərini Azərbaycana təhvil vermək məcburiyyətində olduqlarını deyib. Laçının Azərbaycan üçün önəmi əvəzolunmazdır. 

Çox təəssüf ki, bu ərazi uzun müddət işğal atlında qalıb. 1992-ci ilin mayında Xalq Cəbhəsinin dövlət çevrilişinə hazırlaşdığı zaman ermənilər Laçın və Şuşanı işğal etdi. Şükürlər olsun ki, 30 il sonra yenidən Laçına qovuşacağıq. Laçının bizim üçün mənəvi, ideoloji, hərbi və strateji cəhətdən əhəmiyyəti böyükdür”.

Azərbaycanın planlaşdırdığı hər bir şeyi təmkin və səbirlə gerçəkləşdirir. İnanıram ki, Laçın şəhəri tam Azərbaycanın nəzarətinə keçdikdən sonra Müdafiə Nazirliyi orada yeni hərbi hissə istifadəyə verəcək”.

“Qarabağ uğrunda Rusiya ilə Qərb arasında rəqabət var. Azərbaycan Prezidenti cənab İlham Əliyev təcrübəli və uzaq görən siyasəti ilə bu vəziyyətdən maksimum yararlana bilir. Buna görə də Ermənistanın bizim tələblərimizlə razılaşmaqdan başqa çıxış yolu qalmır. Rahatlıqla deyə bilərik ki, bütün kartlar Azərbaycanın əlindədir. Biz kimlərinsə hüququnu tapdamırıq, kimlərinsə də bizim hüquqlarımızı tapdamasına icazə vermərik”.

Yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR