Saat:23:29
Haqqımızda

Qriqoryan Kamildən danışdı: Rəsmi cavabımız...

2024-02-22 17:10:01

Qriqoryan Kamildən danışdı: Rəsmi cavabımız...

Əminəm ki, fəaliyyətlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki buna baxmayaraq, bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan Kamil Zeynallının Rusiyada saxlanması və sonradan azad edilməsini şərh edərkən deyib.

Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə o, belə cavab verib:

“Tələsməyək, rəsmi cavab olanda danışarıq”.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR