Saat:21:42
Haqqımızda

“Qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib, az qala ölmüşdüm” - VİDEO

2022-10-31 15:25:00

“Qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib, az qala ölmüşdüm” - VİDEO

"Xəstələnəndə klinikada rəngim göyərmişdi. Az qala ölmüşdüm, "pristupum" tutmuşdu. Səhərə kimi o sancını çəkdim. Nə qədər iynə vurdularsa, xeyri olmadı. Heç kimin də xəbəri olmadı ki, qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib". 

Hurriyyet.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib. 

Aylar əvvəl bronxlarından və ürəklə ciyərin arasında aşkarlanan şişdən əməliyyat olunan sənətçi xəstəxanada vəziyyətinin ağırlaşdığını bildirib.  

"Həkim vəziyyətimi görüb söylədi ki, buna necə dözmüsən? Saat 8 idi, hələ də ağrıdan yata bilmirdim. Yatmağım üçün iynə vurdular, yenə də yata bilmədim. O günlər getsin, bir daha gəlməsin". 

Qeyd edək ki, M.Əsədova daha əvvəl xəstəliyi ilə bağlı deyib: "Ağrılarım dözülməz idi. Zobum, bronxlarımda 4 şiş aşkarlandı. Ən böyük şiş isə ürəklə ciyərimin arasında idi. O şiş əməliyyat zamanı ortaya çıxdı. İndi həkimim özümü qorumağı məsləhət görür" açıqlamasını vermişdi. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR