Saat:10:54
Haqqımızda

“Qoy, Mariya Zaxarova getsin, daha 2 qədəh içib yatsın... Bu olmayacaq...”

2023-11-11 14:17:53

“Qoy, Mariya Zaxarova getsin, daha 2 qədəh içib yatsın... Bu olmayacaq...”

“Artıq Ermənistana hücum ola bilməz"

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan  deputat Akop Aslanyan News.am-a açıqlamasında deyib.

“Ermənistana hücum olarsa, bu, ancaq bu cinahdan olacaq”.

Deputat jurnalistin hansı cinahı nəzərdə tutduğuna aydınlıq gətirməsi haqda sualına belə cavab verib: “Rusiyanın təhriki ilə...”

Paşinyanın lideri olduğu partiyanın üzvü olan erməni deputat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinə nəzarəti Rusiyanın həyata keçirəcəyi ilə bağlı sonuncu bəyanatına da toxunub.

“Yox, bu olmayacaq. Qoy, Mariya Zaxarova getsin, daha 2 qədəh içib yatsın. Biz bu yolu verməyəcəyik, bu olmayacaq”, - deyə A.Aslanyan qəti şəkildə bildirib.

moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.639884