Qordon: Putin yalnız Bakıya dəyməyəcək – Səbəb

2022-05-04 17:40:00

Qordon: Putin yalnız Bakıya dəyməyəcək – Səbəb

Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil.

Hurriyyet.az xəbər verir ki, bunu məşhur ukraynalı jurnalist Dmitri Qordon "Ukrayna 24" kanalının efirində deyib.

Onun sözlərinə görə, Putin “Maksimum proqramı”nı həyata keçirmək niyyətindədir.

“Bura Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Özbəkistan, Türkmənistan və Tacikistan aiddir. Qırğızıstanla Ermənistanı da bu siyahıya ala bilərəm, amma Azərbaycanı qatmayacam. Azərbaycanla çətin olar, o, Türkiyənin maraq dairəsindədir. Onun çox yaxşı ordusu, güclü silahı var. Çətin olacaq”, - o bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya