Saat:12:53
Haqqımızda

Qonşuların ağaca bağladığı İlyas cəzalandırıdı - Polisdən gizləndi, 7 evdən oğurluq etdi

2024-10-30 20:55:57

Qonşuların ağaca bağladığı İlyas cəzalandırıdı - Polisdən gizləndi, 7 evdən oğurluq etdi

Azərbaycanda polisdən qaçıb gizlənən şəxs 7 fərdi evdən oğurluq edib. 

Hurriyyet.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Yevlax şəhərində anadan olmuş M.İlyasın oğurluğu qardaşı Səddamla törətməsi məlum olub. M.İlyas hadisələri Bakıdan Yevlaxa getməklə törədib. 

O, öncə Qaradağ rayonunun Sahil qəsəbəsindəki İşıq stansiyasının yanında yerləşən fərdi evdən oğurluq edib. M.İlyas həmin evdən bir cüt sırğa, "Nokia" markalı mobil telefon götürüb və ümumilikdə 1461 manat dəyərində ziyan vurub. Həmin evdən bayıra çıxarkən qonşular tərəfindən saxlanılıb. Ona "bu evdə nə edirsən" deyəndə əlindəki oğurladıqları əşyaları ağacın altına atıb və cinayət törətdiyini etiraf edib. Qonşular M.İlyası ağaca bağlayaraq, 30 dəqiqə ərzində polisə təhvil veriblər. 

M.İlyas polisdə izahatı alındıqdan sonra sərbəst buraxılıb. O, qardaşına məxsus avtomobillə Yevlax şəhəri yola düşüb. Elə həmin günü Ağdaş rayonu, Şıxılı kəndində yerləşən həyət evinə oğurluğa girərək, 5100 manatlıq qızıl-ziynət əşyaları oğurlayıb. 

Hadisənin səhəri günü qardaşı Səddam ondan oğurladığı qızılları alaraq satıb. Elə həmin gün qardaşı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. M.İlyas gecə saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının onu axtardıqlarını eşidib. Buna görə də evdən qaçaraq gizlənib, Bakı şəhərinə qayıdıb və pul lazım olduğu üçün yenidən oğurluq etmək qərarına gəlib. Elə bu məqsədlə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən B.H-ya məxsus fərdi yaşayış evinə pəncərədən daxil olaraq, 1550 manat dəyərində ziynət əşyaları oğurlayıb. 

2023-cü ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində bir mərtəbəli evdə işıqların yanmadığını görüb və oğurluq etmək üçün həmin ora daxil olub. Həmin evdən 8650 manatlıq qızıl zinyət əşyaları oğurlayıb. 

Daha sonra Xəzər rayonu, Binə qəsəbəsində fərdi evlərin birinə daxil olaraq, zərərçəkmişin evində qoyduğu paltarların cibindən 3500 manat pulu aparıb. 

Elə bu yolla Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3 fərdi evdən 700 manat, 1565 manat, 600 manatlıq qızıl-ziynət əşyaları oğurlayıb. M.İlyas oğurladığı qızıllar Yevlax şəhərində tanımadığı şəxslərə satıb. 

Məhkəmənin qərarı ilə M.İlyas Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

 

Aydın

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225069