Saat:11:34
Haqqımızda

Qonşularımız - ŞEİR

2023-05-04 12:08:00

Qonşularımız - ŞEİR

Bizdə əcəb qonşular var,
Hey gəzəsən, tapılmaz.
Bəxti yazan belə yazıb,
Əlac yoxdur, tapılmaz.

Gah əzilər, sülh istəyər,
Gah başı yumruq istəyər,
Ölərkən ulduz istəyər,
Bir ilandır, tapılmaz.

Təlxək kimi oyun verər,
Uşağada zülm verər,
Nə edibsə, Allah verər,
Dərdin, dərman tapılmaz.

Dünyanın yarısın tutan,
Xalqların havasın udan
Sərxoş olub, söz unudan,
Boz ayıdan tapılmaz.

 

Min hiyləsi, fitnəsi var,
Tankı, topu, mərmisi var,
Uzaq atan gülləsi var,
Bir gün batar, tapılmaz.

Hamı ona molla deyər,
Hara gəldi burnu girər.
Səfirlərə terror edər,
Belə iblis tapılmaz.

Dilimizi bizdən alıb,
Xalqımı ortadan yarıb,
İslama da nifaq salıb,
İtər bir gün, tapılmaz.

ŞAMİL

02.05.2023

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217456