Saat:03:21
Haqqımızda

“Qonşularım nəvəmin əqli problemindən istifadə edərək, evimdən oğurluq edib” – ŞİKAYƏT

2024-07-24 16:23:55

“Qonşularım nəvəmin əqli problemindən istifadə edərək, evimdən oğurluq edib” – ŞİKAYƏT

Gəncə şəhər sakini Cəlali Sədaqət Dilavər qızı tərəfindən Hürriyyət.az saytının redaksiyasına şikayət ərizəsi təqdim olunub. Vətəndaş iddia edir ki, öz qonşuları nəvəsi Əliyev Ayxan Nizami oğlunun əqli çatışmazlığından istifadə edərək, evindən əşyaları oğurlayıb:

“Mən, Cəlali  Sədaqət Dilavər qızı, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, çətin vəziyyətdəyəm. Nəvəm Əliyev Ayxan Nizami oğlu 7 il məhkumluq həyatı yaşayıb, özündən xəbəri olmur, əqli problemləri var.  Qonşumuz Anar öz həyat yoldaşı, xalası oğlu, bir də Şəmkirdən Validə adlı bir qadınla birlikdə onun xəstəliyindən istifadə etdilər. Belə ki, nəvəm bu adamları ikimərtəbəli evimə gətirir, onlar da oğurluq edirlər.

Mənim mülkümü talan eləyib, ağır ziyan vurublar, qırıb-dağıdıblar. 1 ildir ki, “lüstur”u aparıblar, qaytarmırlar. Anar pərdələri söküb, yoldaşı qabları götürüb. Mənzilimdəki gəvələri yığıblar. Bu qonşunun xalası oğlu maşınını həyətə salmışdı. Ər-arvad nə varsa, hamısını ora qoyub aparıblar. Televizordan tutmuş kombiyə qədər hər şey gedib”.

Cəlali Sədaqət Dilavər qızı polislərin bu işə laqeyd yanaşmasından gileylənir: “Bunlardan şikayətçiyəm. Gəncədəki polis əməkdaşları bu məsələyə çox laqeyd yanaşır, müstəntiqlər problemimə baxmır. Rüşvət alıblar deyə gizlədirlər.

Gedən hər şeyi geri istəyirəm. Tələb edirəm ki, adını sadaladığım şəxslərə qarşı cinayət işi açılsın. Qonşularım nəvəmin əqli problemindən istifadə edərək evimdən oğurluq edib. Oğlum Əliyev Bəxtiyar Telman oğlu da I qrup əlildir. Bir ana kimi, sizdən xahiş edirəm ki, məsələni ictimailəşdirin. Çarəm qalmayıb artıq”.

Cəmilə ƏZİMOVA

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209129