Qonşu ölkədə qaz KƏSKİN BAHALAŞDI: Azərbaycanı nələr gözləyir?

2022-06-02 16:02:00

Qonşu ölkədə qaz KƏSKİN BAHALAŞDI: Azərbaycanı nələr gözləyir?

Türkiyədə məişətdə işlədilən təbii qazın qiyməti 30% artıb. Hazırda bir m3 qazın dəyəri 32 lirə 64 kuruş, yəni 3 manat 38 qəpik olub.

Hurriyyet.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı Natiq Cəfərli deyib ki, qeyd ediləndən əlavə elektrik enerjisi almaq üçün istifadə edilən qazın da qiyməti artıb və bu, növbəti günlərdə elektrik qiymətlərinə təsir edəcək:

“Sənayədə istifadə edilən qazın qiyməti də 40% artıb – deməli, sənaye məhsullarının qiyməti də kəskin artacaq. Bu gün Türkiyədə benzin 26 lirə 23 kuruş, dizel isə 25 lirə 94 kuruş olub. Son bir ildə benzinin qiyməti 239%, dizelin qiyməti isə 258% artıb. Ölkədə rəsmi inflyasiya 70%-ə yaxınlaşıb ki, bu da dünyada ən yüksək rəqəmlərdən biridir. 

Türkiyədə seçkilərə cəmi 1 il qalıb, bu müddət ərzində iqtisadi və sosial vəziyyətin düzəlməsi çox çətin görünür. Bu ölkənin seçicisi nə qədər ideoloji olsa da, sonda soyuducusuna, dolanışığına baxıb səs verir. Bunu nəzərə alsaq, növbəti seçkilərdə AKP-nin iqtidarı itirməsi çox yüksək ehtimaldır. Ona görə də Azərbaycan dövlət olaraq bir qoldan, müxalif institutlar olaraq isə digər qoldan potensial iqtidar təmsilçiləri ilə indidən təmaslar qurmalı, müzakirələr aparmalıdır”.

Ekspert bildirib ki, Azərbaycanın varolma strategiyasının əsas istiqaməti Türkiyə ilə əlaqələrin maksimal dərəcədə yüksəldilməsindən keçir:

“Buna görə də Türkiyədə gələcək seçimlərin müxtəlif nəticələrini nəzərə alan strateji addımlara ehtiyac yaranıb. Məhz bu gündən seçkilərin istənilən nəticələrinə cavab verən əməkdaşlıq konsepsiyasının tezisləri hazır olmalıdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya