Saat:17:22
Haqqımızda

Qonşu ölkədə inqilab hazırlanır

2024-10-25 16:38:12

Qonşu ölkədə inqilab hazırlanır

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan parlamentinin spikeri və hakim partiyanın təmsilçisi Şalva Papuaşvili müxalifətin seçkilərdən dərhal sonra hakimiyyətə gəlmək üçün inqilab törətmək niyyətində olduğunu bəyan edib.
Onun sözlərinə görə, hökumətin əleyhdarları QHT ilə birlikdə parlament seçkilərindən sonra ən qısa müddət ərzində "Gürcü arzusu"nu hakimiyyətdən salmağa hazırlıq görürlər: "Oktyabrın 27-nə hazırlıq gedir. 2020-ci ilin ssenarisini təkrarlamağa hazırlaşırlar. O zaman müxalifət ilə QHT əlbir olub qeyri-demokratik yolla hakimiyyəti dəyişməyə cəhd göstərmişdi. O zaman "Gürcü arzusu" xalqın dəstəyinə arxalanaraq ölkəni xaosdan qorudu".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.222780