Saat:00:13
Haqqımızda

"Qobu park"da it parçalayan azyaşlı barədə sevindirən xəbər - FOTO

2024-04-02 09:40:14

Qaradağ rayonu “Qobu Park”da itlərin hücumuna məruz qalan və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 9 yaşlı uşaqdan xəbər var.

Hurriyyet.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb. 

"Bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən  azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb" - məlumatda deyilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR