QMİ Həcc ziyarətinə getmək istəyənlərə çağırış etd
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib.
Hurriyyet.az-ın xəbərinə görə, qurumun Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, ildən-ilə Səudiyyə Ərəbistanın Krallığının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür.
Onun sözlərinə görə, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib. Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”.
V.Cahangiri deyib ki, qeydiyyat erkən başlasa da hər gün vətəndaşlar Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər: “Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə edirik”.
Yenisabah.az
